...

Bakıda “Azəryolservis” ASC-nin qış qarajı açılıb (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2012 13:59 (UTC +04:00)
Nəqliyyat naziri Ziya Məmmədov və "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov baxışda iştirak edib.
Bakıda “Azəryolservis” ASC-nin qış qarajı açılıb (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda "Azəryolservis" ASC-nin qış qarajı açılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Böyükşor-Hava limanı avtomobil yolunun 18-ci kilometrliyində yeni tikilmiş qış qarajının texniki vəziyyətinə baxış keçirilib.

Nəqliyyat naziri Ziya Məmmədov və "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov baxışda iştirak edib.

Əlverişli ərazidə yerləşən qış qarajının tikintisinə bu ilin avqustunda başlanılıb, noyabrda isə tikinti işləri başa çatıb. Müasir işıqlandırma sistemi ilə təchiz olunan qaraja inzibati bina, işçilərin istirahət yeri, texniki duz və qumu saxlamaq üçün anbar, yol texnikası, maşın və mexanizmlərin saxlanılması üçün yer daxildir.

Qarajın işçiləri xüsusi geyimlərlə təmin olunublar. Qarajda 24 saat fəaliyyət göstərən növbətçi briqadalar fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti