...

"Elm haqqında" qanun layihəsi ilin sonunadək Milli Məclisin gündəliyinə çıxarılacaq

Cəmiyyət Materials 18 Dekabr 2012 12:11 (UTC +04:00)
"Elm haqqında" qanun layihəsi dekabrın 28-dək Milli Məclisin gündəliyinə çıxarılacaq.
"Elm haqqında" qanun layihəsi ilin sonunadək Milli Məclisin gündəliyinə çıxarılacaq

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İ.İsabalayeva/

"Elm haqqında" qanun layihəsi dekabrın 28-dək Milli Məclisin gündəliyinə çıxarılacaq. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Hacıyev bildirib ki, bu layihə ilk növbədə Milli Məclisin komitələrində müzakirəyə çıxarılacaq.

Artıq qanun layihəsi üzərində 1,5 il ərzində iş aparıldığını deyən komitə sədri onun beynəlxalq standartlara uyğun hazırlandığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti