...

İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərərçəkmişlərin hamısı daimi və müvəqqəti mənzillərlə təmin ediliblər

Cəmiyyət Materials 7 Yanvar 2013 15:57 (UTC +04:00)
İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərərçəkmişlərin hamısı daimi və yaxud müvəqqəti mənzillərlə təmin ediliblər və onlardan heç biri çadırda yaşamır.
İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərərçəkmişlərin hamısı daimi və müvəqqəti mənzillərlə təmin ediliblər

Azərbaycan, Bakı, 7 yanvar / Trend müxbir M.Əliyev/

İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərərçəkmişlərin hamısı daimi və yaxud müvəqqəti mənzillərlə təmin ediliblər və onlardan heç biri çadırda yaşamır. Trend-in məlumatına görə, İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, bu barədə vilayətin valisi Əhməd Əlirza Beygi deyib.

"Zəlzələ bölgəsindəki sosial problemlərin ortadan qaldırılmasında ruhanilərin danılmaz rolu, onların köməyi olmadan heç bir irəliləyişə nail ola bilməyəcəyik. Ona görə də xilasetmə və məskunlaşdırma əməliyyatının başa çatdığı ilk günlərdə zəlzələdən zərərçəkmiş bölgənin ruhanilərinin qurultayını keçirtdik və dövlətin bu sahədə verdiyi qərarlar barədə onları məlumatlandırdıq", - vali qeyd edib.

Beygi bildirib ki, zəlzələ bölgəsindən 3 milyon ton dağıntı təmizlənib.

O təmizlənmə mərhələsindən sonra bərpa işlərinin aparılması istiqamətində İranın 11 vilayətinin məskən və şəhərsalma fondlarının iştirakını və ölkənin bütün imkanlarının səfərbər edildiyini qeyd edərək, hal hazırda 11 mindən çox daimi yaşayış yerinin zəlzələdən zərərçəkmiş əhalinin ixtiyarına verildiyini vurğulayıb.

İndiyə kimi 12 min tikilinin inşa edildiyini xatırladan Beygi vurğulayıb ki, bundan əlavə kənd təsərrüfatı məhsullarının saxlanılması üçün əhalinin yaşadığı mənzillərin kənarında 10 min üstüörtülü otaq quraşdırılıb və Qırmızı Aypara Cəmiyyəti xalqın və xeyriyyəçilərin köməyi ilə bərpa edilmiş mənzillərin sakinlərinin 4 növ əsas məhsula olan tələbatını təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti