...

Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulunun vaxtı açıqlanıb

Cəmiyyət Materials 8 Yanvar 2013 11:16 (UTC +04:00)
Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu bu il fevral ayında aparılacaq.
Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulunun vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu bu il fevral ayında aparılacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Magistratura şöbəsinin müdiri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, bu il də qəbul imtahanları iki mərhələdə keçiriləcək. İmtahanın I mərhələsi mart ayında, II mərhələsi iyunda keçiriləcək.

I mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səyyəsi test üsulu ilə yoxlanılacaq. Qəbul qaydalarına əsasən, I mərhələdə TQDK tərəfindən müəyyənləşdirilən tələbləri yerinə yetirən bakalavrlar II mərhələdə iştirak hüququ qazanacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti