...

Müsəlmanlar Şurası Marneulidə yeni şeyx seçib

Cəmiyyət Materials 11 Yanvar 2013 18:14 (UTC +04:00)
Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin Müsəlman Şurasının üzvləri yeni şeyx seçiblər. Trend-in cümə günü Gürcüstanın "Birinci kanal"ına istinadən verdiyi məlumata görə, bu barədə cümə namazından sonra Marneulidə Şuranın nümayəndələri bəyanat veriblər.
Müsəlmanlar Şurası Marneulidə yeni şeyx seçib

Gürcüstan, Tbilisi, 11 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin Müsəlman Şurasının üzvləri yeni şeyx seçiblər. Trend-in cümə günü Gürcüstanın "Birinci kanal"ına istinadən verdiyi məlumata görə, bu barədə cümə namazından sonra Marneulidə Şuranın nümayəndələri bəyanat veriblər.

Televiziya kanalının məlumatına görə, Mirhüseyn Əsədov yeni şeyx seçilib. Gürcüstanın 6 rayonundan müsəlmanlar bu məqsədlə Marneulidəki məscidə gəliblər.

Onların sözlərinə görə, sabiq şeyx olan Vaqif hakimiyyət tərəfindən iki il əvvəl təyin edilmişdi, lakin vəzifəsinə layiq deyildi. Buna səbəb kimi onun iki dəfə məhkum həyatı yaşaması və sinəsində döymələrin olması göstərilirdi.

Müsəlmanlar, həmçinin bəyan ediblər ki, bu gün onlara kömək edəcəyini vəd edən Baş nazir Bidzina İvanişvili ilə görüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti