...

Azərbaycan İran vətəndaşlarının ən çox həbsdə saxlandığı ölkələrdən biridir

Cəmiyyət Materials 19 Yanvar 2013 10:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir T.Cəfərov/

Ölkədən kənarda 3000 nəfər iranlı həbsdə saxlanılır. Trend FARS agentliyinə istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin Xaricdə yaşayan iranlılar üzrə idarənin rəhbəri Kazim Səccadi deyib.

Onun sözlərinə görə, onlar ən çox Malazya, Azərbaycan, Yaponiya, BƏƏ və Türkiyədə saxlanılır. Xarici ölkələrdə həbsdə olan iranlıların 70 faizi narkotik maddələrin qaçaqmalçılığı, qalan 30 faizi isə sərhədi qanunsuz keçmə, dələduzluq və əlbəyaxa vuruşma ittihamları ilə həbs ediliblər.

Səccadi deyib ki, hazırda İranda 5-6 min nəfər əcnəbi vətəndaş həbsdə saxlanılır. Onların 90 faizi Əfqanıstan vətəndaşıdır.

İdarə rəhbəri əlavə edib ki, Əfqanıstan vətəndaşlarının böyük əksəriyyəti sərhədi qanunsuz keçdikləri üçün həbs olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti