...

Azərbaycan təqaüdçüləri üçün xoş xəbər

Cəmiyyət Materials 20 Fevral 2013 10:35 (UTC +04:00)
Azərbaycanda Novruz bayramı ərəfəsində bütün pensiyaçıların öz pensiyalarını alması təmin olunacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Dövlət Sosial Müdafiı Fondununun rəhbəri Səlim Müslümov bildirib.
Azərbaycan təqaüdçüləri üçün xoş xəbər

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Novruz bayramı ərəfəsində bütün təqaüdçülərin öz pensiyalarını alması təmin olunacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondununun sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, bayrama qədər bütün təqaüdçülərin öz pensiyalarını alması üçün Fond tərəfindən bütün zəruri işlər görülür.

Müslümov qeyd edib ki, bundan sonra pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafilki bir qədər də irəli çəkiləcək.

"Pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə isə hər ayın 29-dək yekunlaşacaq", - Müslümov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti