...

Bakıda 14 sürücünün avtobusu müvafiq icazə olmadan idarə etdiyi aşkarlanıb

Cəmiyyət Materials 27 Fevral 2013 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Bu gün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Nəqliyyat Nazirliyi ilə birgə tədbirlərin keçirilməsinə start verib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, tədbirin məqsədi paytaxt ərazisindəki avtobus dayanacaqlarının taksi fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən qeyri-qanuni zəbt edilməsinin qarşısının alınması, yaxud qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərin aşkarlanması, eləcə də avtobus sürücüləri arasında nizam-intizamın yüksəldilməsi və ictimai nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsidir.

Bu gün Bakıda metronun "Azadlıq prospekti" və "Gənclik" stansiyası yaxınlığında keçirilən tədbirlər zamanı 8 avtobus sürücüsünün müvafiq kateqoriya olmadan, 6 sürücünün isə sürücülük vəsiqəsi olmadan avtobusu idarə etməsi faktları aşkarlanıb. Həmçinin, avtobus dayanacaqlarını qeyri-qanuni zəbt edən 38, onlardan eyni əməli təkrarən törətdiyinə görə 7 sürücüyə isə inzibati protokol tərtib edilib.

"Nəqlyyat vasitələrinin düzgün parklandırılmaması, dayanma-durmanı qadağan edən yol nişanlarının təsir zonasında saxlanması, avtobus dayanacaqlarının taksi fəaliyyəti ilə məşğul olanlar tərəfindən zəbt edilməsi Bakıda tıxacların yaranmasına səbəb olan hallardandır. Tərəfimizdən tədbirlərin görülməsinin davam etdirilməsi nəzərdə tutulur. Bu kimi tədbirlər paytaxtın digər əraziləri üzrə davam etdiriləcək", - bölmə rəisi vurğulayıb.

Bundan əlavə, Əsədov bldirib ki, bəzi sürücülər Bakı Şəhər Dövlət Yol Polisi və Nəqliyyat Nazirliyinin keçirdiyi reydi görüb idarə etdikləri avtomobillərdən yayınmağa çalışıblar. Belə ki, bu gün metronun "Azadlıq prospekti" stansiyası yaxınlığında avtobus dayanacaqlarında keçirilən reyd zamanı 4 sürücü yol polisi və Nəqliyyat Nazirliyinin əməkdaşlarını görən kimi qaçaraq gizlənib. Buna baxçayaraq, "Mersedes", "Tofaş", "BMW" və "Opel" markalı həmin 4 avtomobil evakuasiya edilib.

"Bu kimi sürücülərin nəzərinə çatdırırıq ki, yol polisini və ya Nəqliyyat Nazirlyinin əməkdaşlarını görüb nəqliyyat vasitəsindən yayınmaq sürücünü heç bir məsuliyyətdən azad etmir. Ən azından həmin avtomobilin evakuasiyası, eləcədə törətdiyi xəta, yol polisinə tabe olmamaq məsuliyyəti sürücünün üzərində olur", - Əsədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti