...

Vyanada “Bakı Platforması” təqdim edilib (FOTO)

Cəmiyyət Materials 1 Mart 2013 10:34 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə 19-21 dekabr 2012-ci ildə Bakıda keçirilən “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun yekunu olaraq yaradılan “Bakı platforması” Vyanada keçirilən BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumunda geniş təqdim edilib. Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cümə günü yaydığı məlumatda deyilir.
Vyanada “Bakı Platforması” təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Mehdiyev/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə 19-21 dekabr 2012-ci ildə Bakıda keçirilən "Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumunun yekunu olaraq yaradılan "Bakı platforması" Vyanada keçirilən BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumunda geniş təqdim edilib. Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cümə günü yaydığı məlumatda deyilir.

Dövlət Komitəsinin sədri Elşad İsgəndərov iki gün ərzində keçirdiyi çoxsaylı ikitərəfli göruşlər keçirib. Görüşlərdə dinlərarası hörmət əlaqələrinin qurulması naminə çalışacaq və dünyanın aparıcı dini liderlərini sıralarında birləşdirən və Bakı platforması adı ilə yaradılan şəbəkəni tərəf müqabillərinə təqdim edib. Mərkəzi Vyanada yerləşən Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Əbdülrəhman bin Müammər ilə görüşdə Komitə sədri "Bakı platforması"nın müasir dünyada dini liderlərin konkret layihələrin həyata keçirilməsi sahəsində bir araya gələ biləcəklərinin bariz sübutu ola biləcəyini vurğulayıb. Görüşdə Azərbaycanın tolerantlıq modelini tanıdan Komitə sədri bu platformada birləşən din xadimləri vasitəsilə artıq dialoqun sadəcə tolerantlıq səviyyəsindən qarşılıqlı hörmət və əməkdaşlıq səviyyəsinə qaldırılmasının vaxtının gəldiyini qeyd edib. İki qurum arasında əldə edilən razılığa əsasən Azərbaycanın təşəbbüsü olan bu şəbəkənin Vyana mərkəzində birgə təqdimatının keçirilməsi qərara alınıb.

Bununla belə Komitə tərəfindən nəşri hazırlanmış "Bakı platforması" və I Bakı Forumu haqqında kitab Vyanada keçirilən Sivilizasiyaların Alyansı Forumunda geniş təqdim olunub. Vyanada BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumu çərçivəsində təşkil edilən stentdə Beynəlxalq Forumla bağlı məlumatlar, dərgilər, o cümlədən "Bakı platforması" iştirakçılara təqdim olunub. İki min iştirakçının qatıldığı Vyana Forumunda nəşr böyük maraqla qarşılanıb. Kitabda yer alan Beynəlxalq Forum iştirakçılarının fikirlərində Azərbaycanda mövcud tolerant mühit, o cümlədən, dinlərarası və mədəniyyətlərarası münasibətlər təqdir olunub.

Qeyd edək ki, iki gündür davam edən Forumda artıq bir sıra din və elm adamları "Bakı Platforması" na qoşulacaqlarını bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti