...

Azərbaycanın təhsil naziri Dubayda keçirilən beynəlxalq konfransda iştirak edir

Cəmiyyət Materials 5 Mart 2013 14:30 (UTC +04:00)
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov “British Council” təşkilatı tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş “Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il” adlı beynəlxalq konfransda iştirak edir.
Azərbaycanın təhsil naziri Dubayda keçirilən beynəlxalq konfransda iştirak edir

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov "British Council" təşkilatı tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş "Ali təhsildə qloballaşmaya doğru - 2013-cü il" adlı beynəlxalq konfransda iştirak edir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, beynəlxalq konfransa dünyanın 70-dən çox ölkəsindən 1400 təhsil eksperti, təhsil nazirləri, təhsili idarəetmə qurumlarının əməkdaşları və elm adamları qatılıb.

"Ali təhsildə qloballaşmaya doğru - 2013-cü il" adlı beynəlxalq konfransın 3 gün davam etməsi nəzərdə tutulur.

Nazir konfrans çərçivəsində "British Council" təşkilatının Avropa üzrə regional direktoru Maykl Börd ilə görüşüb. Görüşdə Azərbaycanda "British Council" təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi, təhsildə İKT-nin tətbiqi, distant təhsil, ingilis dilinin tədrisi, ingilis dili müəllimlərinin ixtisasının artırılması və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, dünyada ən geniş yayılmış təhsil şəbəkəsi olan "British Council" təşkilatı təhsil sahəsi üzrə dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Azərbaycanla sıx əməkdaşlıq edən "British Council" ölkəmizdə təhsilin müxtəlif pillələri üzrə beynəlxalq əlaqələrin inkişafına və ingilis dilinin tədrisinə dəstək verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti