Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/
Həftəsonu Azərbaycanda isti hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, martın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 15-20° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° , gündüz 18-23°, bəzi yerlərdə 27°-dək isti, dağlarda gecə 1-6° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Həftəsonu Azərbaycanda isti hava şəraiti davam edəcək