...

İran yanacaq qaçaqmalçılığının qarşısını almaq üçün xüsusi komissiya yaradıb

Cəmiyyət Materials 30 Mart 2013 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbirlər F.Mehdi, E.Tariverdiyeva/

İran yanacaq qaçaqmalçılığının qarşısının alınması üzrə xüsusi komissiya formalaşdırıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Fars News" agentliyi İranın Neft Məhsullarının Yayılması üzrə Milli Şirkətinin idarəçi direktoru Mustafa Kaşkouliyə istinadən məlumat verib.

Onun sözlərinə görə, komitənin qarşısına qanunsuz yanacaq ixracının qarşısını almaq tapşırığı qoyulub.

O qeyd edib ki, yanacaq qaçaqmalçılığı sərhədyanı rayonlarda azalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti