...

Krımın kurortlar və turizm naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 2 Aprel 2013 11:45 (UTC +04:00)
Krım Muxtar Respublikasının (Ukrayna) kurortlar və turizm naziri Aleksandr Liyev aprelin 2-5-də Azərbaycana səfər edəcək.
Krımın kurortlar və turizm naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Krım Muxtar Respublikasının (Ukrayna) kurortlar və turizm naziri Aleksandr Liyev aprelin 2-5-də Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Ukraynanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Məlumata əsasən, səfər çərçivəsində nazir aprelin 4-6-da Bakıda keçiriləcək "Turizm və səyahət" (AITF-2013) beynəlxalq sərgisinin açılışında iştirak edəcək. Sərgidə Ukrayna şirkətləri ayrıca stendlə təmsil olunacaq və işgüzar görüşlər keçirəcəklər.

Naziri müşayiət edəcək Ukrayna nümayəndə heyətinin tərkibinə ölkənin "Eurovision-2013" müsabiqəsində nümayəndəsi Zlata Oqneviç də daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti