...

Krım tatarları Naftalan kurortuna gələcəklər

Cəmiyyət Materials 4 Aprel 2013 18:42 (UTC +04:00)
Azərbaycanın "SilkWay" turizm şirkəti və Krımın Kurortlar və Turizm Nazirliyi Krım tatarlarının Naftalan səfərinin təşkili üzərində iş aparırlar.
Krım tatarları Naftalan kurortuna gələcəklər

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın "SilkWay" turizm şirkəti və Krımın Kurortlar və Turizm Nazirliyi Krım tatarlarının Naftalan səfərinin təşkili üzərində iş aparırlar. Trend-in məlumatına görə, bunu cümə axşamı Krımın kurortlar və turizm naziri Aleksandr Liev mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündə deyib.

Şirkət aprelin 3-dən Krımın Kurortlar və Turizm Nazirliyinin rəsmi nümayəndəsidir.

"Naftalan kurortuna səfər edə biləcək Krım tatarlarının gəlişini təşkil etmək lazımdır. Hazırda bu layihə müzakirə ərəfəsindədir", - Liev qeyd edib.

Onun sözlərinə görə, 2012-ci ildə Krıma 20,5 min azərbaycanlı turist səfər edib, onlardan 80 faizi müalicə məqsədi üçün gediblər.

"Azərbaycan və Ukraynanın yaxşı turizm əlaqələri var. Biz GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində layihələr üzrə yaxşı tərəfdaşlarıq. Krımın regionda iştirakının vaxtı çoxdan gəlib çatıb, Azərbaycan turistləri həmişə məmnuniyyətlə Ukraynanın bu regionuna gedirlər. Gələcəkdə Azərbaycanda Krımın turizm ofisinin fəaliyyət göstərməsi Krımın kurortlarında və digər cəlbedici yerlərində olmaq imkanı verəcək. Mən bu faktı yüksək qiymətləndirirəm", - Qarayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti