...

Səhiyyə Nazirliyi Respublika Perinatal Mərkəzində baş vermiş ana və uşaq ölümü ilə bağlı ilkin məlumatı açıqlayıb

Cəmiyyət Materials 14 May 2013 12:30 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi bu gün səhər saatlarında Respublika Perinatal Mərkəzində baş vermiş ana və uşaq ölümü ilə bağlı ilkin məlumatı açıqlayıb.
Səhiyyə Nazirliyi Respublika Perinatal Mərkəzində baş vermiş ana və uşaq ölümü ilə bağlı ilkin məlumatı açıqlayıb

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi bu gün səhər saatlarında Respublika Perinatal Mərkəzində baş vermiş ana və uşaq ölümü ilə bağlı ilkin məlumatı açıqlayıb.

Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 26 yaşlı, Bakı Şəhər Xətai rayon NZS qəsəbə sakini Fətəliyeva Maral Ümidvar qızı mayın 11-də fəsadlaşmış mamalıq anamnezi diaqnozu ilə hamiləyinin 23-24 həftəsində RPM-yə daxil olub. Bu, həmin qadının V hamiləyiliyi və 3-cü doğuşu olub.

Mayın 14-də gecə ananın vəziyyəti qəflətən pisləşib. Onun təcili Keysər kəsiyi əməliyyatı edilməsi zərurəti yaranıb. Ancaq görülən tədbirlərə baxmayaraq, xəstə əməliyyat zamanı uşaqla birlikdə vəfat edib.

Mərhumun cəsədi tibbi ekspertiza edildikdən sonra onun nəticələri SN-nin Doğuşa Yardım Komissiyasına təqdim ediləcək və ölümün başvermə səbəbi bu qurum tərəfindən araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti