...

Şəkidə sürüşmənin yaratdığı təhlükə getdikcə artır

Cəmiyyət Materials 16 May 2013 14:31 (UTC +04:00)
Şəkinin dağlıq hissəsində davam edən sürüşmənin yaratdığı təhlükə getdikcə artır.
Şəkidə sürüşmənin yaratdığı təhlükə getdikcə artır

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İzzət/

Şəkinin dağlıq hissəsində davam edən sürüşmənin yaratdığı təhlükə getdikcə artır.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Şəkinin dağlıq hissəsində artlq iki ilə yaxındır ki, torpaq sürüşməsi müşahidə edilir. Son zamanlar bu təhlükə bir az da artıb. Xoşbəxtlikdən sürüşmə qısa müddətli olub və yaşayış evlərinə çatmadan dayansa da, təhlükə tam sovuşmayıb. Belə ki, ərazidə hələ də torpaq axını müşahidə edilir. Belə olan halda burada yaşayan insanların həyatı üçün də böyük təhlükə yaranır.

Bundan əlavə, ərazidəki Ana abidəsi və İkinci Dünya müharibəsinə aid muzeyin də olması bu cür tarixi abidələrin də sürüşməyə məruz qalacağını istina etmir.

Yerli icra strukturlarının bildirdiyinə görə, hazırda ərazidə güclü torpaq axınının qarşısını almaq üçün layihə hazırlanır. Layihə hazır olduqdan sonra ərazidə 50-70 metr hündürlüyündə beton sədlər inşa ediləcək.

Ərazidəki evlər üçün hazırda heç bir təhlükənin olmadığını deyən tikinti işləri üzrə nəzarətçinin Kanal S-ə bildirdiyinə görə, işlərə yaxın zamanlarda başlanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti