...

26 Bakı komissarı ilə bağlı əsl tarix yaxınlarda ictimaiyyətə təqdim olunacaq

Cəmiyyət Materials 24 May 2013 12:36 (UTC +04:00)
Onun sözlərinə görə, yaxın günlərdə 26 Bakı komissarının əsl tarixi təqdim olunacaq. Bu tarix Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tərkib hissəsi kimi öyrənilib.
26 Bakı komissarı ilə bağlı əsl tarix yaxınlarda ictimaiyyətə təqdim olunacaq

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İzzət/

AMEA-nin Tarix İnstitutu 26 Bakı komissarı ilə bağlı araşdırmalarını tam yekunlaşdırıb. Trend-in məlumatına görə, bunu Tarix İnstitutunun direktoru Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yaxın günlərdə 26 Bakı komissarının əsl tarixi təqdim olunacaq. Bu tarix Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tərkib hissəsi kimi öyrənilib.

Mahmudov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 2 cildlik tarixi ensiklopediyasını yaradıblar: "Bu dövrü tamamilə araşdırırıq. Ermənistan Respublikasının yaradılmasının işğalçılıq tarixi, 26 Bakı komissarının tarixi araşdırılıb. Bu tarixi araşdırmaq və yenidən yazmaqdan ötrü Moskvadan, Berlindən, Parisdən, Dehlidən, Sankt-Peterburqdan, İstanbuldan, Ankaradan bütün sənədlər gətirilib. Çoxlu əsərlər yazılıb. Yaxın gələcəkdə onların təqdimatı keçiriləcək".

Y. Mahmudov deyib ki, 3 cildlik yeni Azərbaycan tarixinin ilk cildi yaxın iki il ərzində təhvil veriləcək: "Azərbaycan tarixi dəhşətli dərəcədə saxtalaşdırılıb. Həmin saxtakarlığı təmizləmək, yeni sənədlər ortaya çıxarmaq həddindən artıq çətindir. Amma biz bunun öhdəsindən gələcəyik. Tarixə yeni münasibət ortaya qoyulacaq. Sovet dövrünün, Böyük Vətən müharibəsinin, repressiyaların tarixi yenidən, olduğu kimi yazılacaq. Azərbaycan xalqı öz həqiqi tarixi ilə tanış olacaq. Bizim tariximizdə Nadir şah Əfşar dəhşətli dərəcədə ləkələnib, inkar edilib. Səfəvilər dövlətinin tarixi təhrif olunub. Dövlətçilik tarixində varislik prinsipi pozulub. Biz 5 minillik dövlətçilik tarixini tam şəkildə ortaya qoyacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti