...

Bakıda turizmin insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma mövzusu müzakirə edilib

Cəmiyyət Materials 31 May 2013 11:49 (UTC +04:00)
Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı rolunda" mövzusunda sessiya keçirilib.
Bakıda turizmin insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma mövzusu müzakirə edilib

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı rolunda" mövzusunda sessiya keçirilib.

Trend-in məlumatına görə, sessiyada UNESCO-nun baş direktorunun müavini Katerina Stenou bildirib ki, turizm insanlar arasında dostluq münasibətlərinin inkişafına səbəb olur və öz- özlüyündə böyük dəyərə malikdir. O qeyd edib ki, turizm, həmçinin insanların rifahının yaxşılaşdırılması üçün də böyük imkanlara malikdir. Stenou müxtəif xalqların mədəni zənginliyinin qorunması məqsədilə UNESCO-nun həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, bu layihələr ona görə həyata keçirilir ki, həmin xaqlar öz mədəniyyət nümunələrindən turizm obyekti kimi istifadə etsinlər.

ABŞ-ın Viskonti-Stout Universitetinin professoru Cəfər Cəfəri isə bildirib ki, islam ölkələri böyük turizm potensialına malikdirlər. O qeyd edib ki, bu potensialı islam mədəniyyəti ilə dialoq qurmaq üçün istifadə etmək olar. Cəfəri turizmin müxtəlif dəyərləri birləşdirən faktor olduğunu xüsusi olaraq vurğulayıb.

Tunisin sabiq turizm naziri Ticani Xaddad öz çıxışında bildirib ki, turizm bir çox ölkələrdə gəlir gətirən əsas sahədir. O qeyd edib ki, turizmin inkişafı tək iqtisadiyyatın yüksəlməsi deyil, eyni zamanda digər sahələrin inkişafı üçün stimul verir. Xaddad bildirib ki, turizmin digər mühüm missiyası mədəniyyətlər və dinlər arasında dialoq yaratmaqdır, çünki turizm qarşılıqlı anlaşma ab-havası yaradır.

Avropa Mədəni Marşrutlar İnstitutunun rəhbəri Penelopa Denu də çıxışında qeyd edib ki, turizm sektorunu genişləndirməyə, insanların səyahəti üçün əlverişli şəraitin yaradılmasına hər zaman ehtiyac var. Onun sözlərinə görə, turizm, həmçinin müxtəlif dini konfessiyalar arasında əlaqələrin qurulması üçün müstəsna əhəmiyyətə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti