...

Mikayıl Cabbarov Təhsil Nazirliyində aparılan islahatlara münasibət bildirib

Cəmiyyət Materials 31 May 2013 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyində aparılan struktur dəyişikliklərinə və kadr islahatlarına münasibət bildirib. Trend-in məlumatına görə, Mikayıl Cabbarov jurnalistlərə bu islahatlarının ictimailəşdirilməsinin və siyasiləşdirilməsinin tərəfdarı olmadığını söyləyib: "Biz bilirik ki, ictimaiyyətin və medianın təhsil sahəsindən böyük gözləntiləri var. Təhsil sahəsində müəyyən işlər həyata keçirilir və bunlar təbii olaraq struktur dəyişikləri tələb edir. Ancaq mən media nümayəndələrindən xahiş etmək istəyirəm ki, bu məsələlərin lazım olan səviyyədən artıq qabardılması o qədər də məqsədəmüvafiq deyil".

Nazir qeyd edib ki, yeni struktur dəyişikləri çərçivəsində yeni kadr təyinatları edilir.

Onun sözlərinə görə, əsas məqsəd Azərbaycan təhsilinin keyfiyyətini yüksəltməkdir. Bunun üçün də lazım olan siyasi iradə mövcuddur.

M.Cabbarov bu sahədə bacardıqları hər bir işi həyata keçirəcəklərini də əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti