...

Azərbaycanda yay çimərlik mövsümü başladı (FOTO)

Cəmiyyət Materials 1 İyun 2013 11:29 (UTC +04:00)
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin Buzovna Xilasetmə Məntəqəsində 2013-cü il yay çimərlik mövsümünün açılışı ilə bağlı mərasimi keçirilib.
Azərbaycanda yay çimərlik mövsümü başladı (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin Buzovna Xilasetmə Məntəqəsində 2013-cü il yay çimərlik mövsümünün açılışı ilə bağlı mərasimi keçirilib.Trend-in məlumatına görə, tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə, FHN-nin müvafiq idarə və qurum rəisləri və yerli icra strukturlarının vəzifəli şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Sularda Xilasetmə Xidmətinin rəis müavini Bəxtiyar Həsənov deyib ki, xidmətin su hövzələrində vətəndaşların təhlükəziliyini təmin etmək üçün qarşıya qoyulan tələb və tapşırıqları tabeliyindəki 32 xilasetmə məntəqəsi, 7 xilasetmə postu və 4 dalğıc-axtarış qrupu vasitəsilə həyata keçirirlər.

Bu günə qədər xidmət 6 yüksək sürətli xilasetmə kateri, 24 xilasetmə skuteri, 49 altı plastik, yanları hava ilə olan qayıq, 23 ədəd 4 və 6 metrlik xilasetmə katerləri ilə təchiz edilib. Bundan əlavə, xidmət bu il ərzində daha 10 altı plastrik, yanları hava ilə dolan qayıq, 1 stasionar dizel mühərrikli yüksək sürətli kater, 2 hava yastıqlı kater, 4 ədəd "Mitsubishi-L-200" mühərrikli "PİKAF" və digər texnika ilə təmin edilib.

Daha sonra tədbir iştirakçıları FHN-nin xilasetmə əməliyyatlarına tamaşa ediblər.

Tədbirdə müasir standartlara cavab verən yeni su silasetmə texnika və avadanlıqların təqdimatı da keçirilib. Qeyd edilib ki, bu texnika və avadanlıqlar müxtəlif hava şəraitlərində axtarış və xilasetmə işlərinin həyata keçirilməsinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti