...

İstanbulda etirazçıların bağladığı bəzi yollar açılıb

Cəmiyyət Materials 3 İyun 2013 08:14 (UTC +04:00)
İstanbulda Taksim Gezi parkı ilə əlaqədar keçirilən aksiyalar səbəbindən bağlı olan bəzi yollar açılıb.
İstanbulda etirazçıların bağladığı bəzi yollar açılıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

İstanbulda Taksim Gezi parkı ilə əlaqədar keçirilən aksiyalar səbəbindən bağlı olan bəzi yollar açılıb.

Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, səhər saatlarına qədər "İnönü" stadionu ətrafında gözləyən etirazçılar polis tərəfindən dağıdılıb.

Beşiktaş rayonunda gecə saatlarında toplaşan aksiyaçılar "İnönü" stadionu ətrafında uzun müddət gözləyiblər. Polis burada yolları bağlayan etirazçılara müdaxilə edib. Etirazçılar daha sonra Taksim meydanına istiqamət götürüblər. Taksim ətrafına qədər gələn Çevik Polis Alayının əməkdaşları yollardakı barrikadaları təmizləməyə başlayıb.

Daş və şüşə ilə qarşılıq verən nümayişçilərə qaz bombası atan polis yollar açıldıqdan sonra gözləməyə başlayıb. Daşlarla və dəmir parçaları ilə düzəldilən barrikadalar təmizlənib, hazırda nəqliyyatın hərəkəti bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti