...

Baş Prokuror Zakir Qaralov Qubada vətəndaşları qəbul edib

Cəmiyyət Materials 7 İyun 2013 22:01 (UTC +04:00)
Azərbaycanın baş prokuroru Zakir Qaralov Qubada şimal bölgəsinin Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Baş Prokuror Zakir Qaralov Qubada vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Azərbaycanın baş prokuroru Zakir Qaralov Qubada şimal bölgəsinin Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Trend-in məlumatına görə, baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbul zamanı Z. Qaralov vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Günorta saatlarınadək qəbul edilən vətəndaş müraciətlərinin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.

Xəbər lenti

Xəbər lenti