...

Baş prokuror Şəki və ətraf rayonların sakinlərini qəbul edəcək

Cəmiyyət Materials 27 İyun 2013 10:17 (UTC +04:00)
Baş prokuror Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Baş prokuror Şəki və ətraf rayonların sakinlərini qəbul edəcək

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İzzət/

Baş prokuror Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən iyulun 12-də saat 11:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şəki şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti