...

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Cəmiyyət Materials 28 İyun 2013 12:30 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 29-da Bakıda və Abşeron yarımadasında havanın az buludlu, yağmursuz olacağı gözlənilir. Mülayim çənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyunun 29-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20, gündüz 33-38 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti