...

Fizuli Ələkbərov Ağstafada vətəndaşları qəbul edib

Cəmiyyət Materials 28 İyun 2013 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, iyunun 28-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov respublikanın Ağstafa rayonunda vətəndaşları qəbul edib.Bu barədə cümə günü nazirlikdən Trend-ə daxil olan məlumatda deyilir.

Qəbul zamanı bölgədə yerləşən rayonların (Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux) sakinlərinin, eləcə də Kəlbəcər rayonundan olan və bu bölgədə məskunlaşmış məcburi köçkünlərin, ümumilikdə 80 nəfərə yaxın sakinin "Açıq qapı" şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb. Müraciət edən vətəndaşların bir qisminin qaldırdıqları məsələlər elə yerindəcə həllini tapıb.

Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib.

Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qeyd edək ki, Ağstafa rayonunda keçirilən qəbul haqqında öncədən KİV-lərdə məlumat verilib, müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb.

Məlumat üçün bildirək ki, ötən il və cari ilin 5 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 22 dəfə vətəndaş qəbulu, habelə bölgələrdə yaşayan vətəndaşların videokonfrans sistemi vasitəsilə distantformada qəbulu həyata keçirilib. Qəbullar nəticəsində ümumilikdə 800 nəfərdən çox vətəndaşın müraciətləriaraşdırılaraq, müvafiq tədbirlər görülüb.

Eyni zamanda, cari il mayın 24-də nazir Fizuli Ələkbərov tərəfindən ölkədə ilk dəfə olaraq Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə 70-ə yaxın, ümumən isə bu sosial şəbəkə üzrə indiyədək 100-dən çox müraciət cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti