...

Fizuli Ələkbərov Lənkəran rayonunda növbəti vətəndaş qəbulunu keçirəcək

Cəmiyyət Materials 2 İyul 2013 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov növbəti dəfə iyulun 5-də respublikanın Lənkəran rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının sakinlərinin "Açıq qapı" şəraitində müraciətləri dinləniləcək. Bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılaraq, müvafiq tədbirlər görüləcək. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq.
Qəbulda, həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özündəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələr də müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti