...

Pan Gi Mun: Hər il yeniyetmə yaşında uşaq dünyaya gətirən təxminən 16 milyon qızın çoxu bu hamiləliyi planlaşdıra bilmir

Cəmiyyət Materials 9 İyul 2013 15:12 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun 11 iyul - Ümumdünya Əhali Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib.
Pan Gi Mun: Hər il yeniyetmə yaşında uşaq dünyaya gətirən təxminən 16 milyon qızın çoxu bu hamiləliyi planlaşdıra bilmir

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun 11 iyul - Ümumdünya Əhali Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, yeniyetmələrin ailə planlaşdırılması və İİV də daxil olmaqla cinsi yolla yoluxan xəstəliklərin qarşını almaq və müalicə edilməsi məqsədilə onları hərtərəfli cinsi reproduktiv sağlamlıq xidmətləri ilə təmin etmək lazımdır. Ölkələr qadınların ehtiyac duyduğu səhiyyə xidmətlərinin təmininə zəmanət verməlidirlər.

Müraciətdə qeyd edilib ki, hər il yeniyetmə yaşında uşaq dünyaya gətirən təxminən 16 milyon qızın çoxu bu hamiləliyi planlaşdıra bilmir. Hamiləlik və doğuş zamanı meydana çıxan çətinliklər vaginal fistula kimi əlilliklərə səbəb olur. Bu, gənc qadınların əsas ölüm səbəbinə çevrilir. Yeniyetmə qızlar təhlükəli abort nəticəsində xəstəliklə və hətta ölümlə üzləşirlər: "Bu problemləri həll etmək üçün qızları ibtidai məktəblərə cəlb etməli və yeniyetməlik çağlarında keyfiyyətli təhsilə yiyələnmələrini təmin etməliyik. Təhsilli gənc qızlar bir qayda olaraq daha gec evlənməyə meyilli olur, yalnız özünü hazır hiss etdikdə uşaq dünyaya gətirir, daha sağlam uşaqlar doğur və daha çox gəlir əldə edirlər. Biz, həmçinin bütün yeniyetmələri seksualizm haqqında yaşlarına uyğun, hərtərəfli şəkildə maaifləndirməliyik. Bu, qızların ana olmaq istəmələri, yaxud nə zaman ana olmağa dair qərar vermələrinə kömək etmək baxımından əhəmiyyətlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti