...

Renault Zoe Red Dot "Məhsul dizaynı 2013" mükafatına layiq görüldü

Cəmiyyət Materials 11 İyul 2013 15:50 (UTC +04:00)
1 iyul tarixində Renault Zoe elektromobili Red Dot Award müsabiqəsinin münsiflər heyəti tərəfindən sərnişin elektromobilləri kateqoriyasında “Məhsul dizaynı 2013” mükafatına layiq görülüb.
Renault Zoe Red Dot "Məhsul dizaynı 2013" mükafatına layiq görüldü

1 iyul tarixində Renault Zoe elektromobili Red Dot Award müsabiqəsinin münsiflər heyəti tərəfindən sərnişin elektromobilləri kateqoriyasında "Məhsul dizaynı 2013" mükafatına layiq görülüb. Təqdimat mərasimi Almaniyanın Essen şəhərinin AAlto opera teatrında baş tutmuşdur. Zoe - Megane II (2003) və Twizy-dən (2012) sonra "Renault" şirkətinin dizayn aləmində sözügedən nüfuzlu mükafata layiq görülən üçüncü modelidir.

Bu il münsiflər heyəti 19 müxtəlif kateqoriyada 4662 namizədi qiymətləndirib. Ekspertlər Renault Zoe elektromobilinin yenilikçiliyinə yüksək qiymət verib.

Red Dot-un təsisçisi və icraçı direktoru Dr. Peter Tsek qeyd edib ki, hazırda biznesin uğuru dizaynla sıx əlaqəlidir: "Red Dot "Məhsul dizaynı 2013" mükafatının sahibləri, inkişaf etmiş mədəniyyətin və dizayn sənayesinin liderləridir. Bu günlərdə gözəl dizayna malik məhsullar arasında seçim etmək getdikcə çətinləşir. Çox vaxt xüsusi keyfiyyətlər ancaq dettalarda gözə çarpır. Lakin tələbkar beynəlxalq münsiflər heyyəti tərəfindən Red Dot mükafatına layiq görülən məhsullar hər yerdə gözə çarpacaq və rəqiblərinin zəminində həmişə seçiləcək.

İlk dəfə 1955-ci ildə keçirilən Red Dot Design müsabiqəsi dizayn sahəsində təkzibedilməz avtoritet qazanıb. O, hər il Şimali Reyn-Vestfaliyanın Dizayn Mərkəzində keçirilir və öz sinfində dünyanın ən nüfuzlu müsabiqəsidir. Red Dot mükafatları bütün dünyada dizayn mükəmməlliyi üzrə keyfiyyətin ən arzu olunan sübutu hesab edilir.

2-28 iyul tarixlərində Red Dot muzeyində qalib məhsulların ənənəvi sərgisi keçiriləcək. "Səhnədə Dizayn. Red Dot Produktiv Dizayn 2013 mükafatının sahibləri" bölməsində, bütün dizaynla maraqlanan şəxslər sahənin ən son tendensiyaları ilə yaxından tanış ola bilərlər. Red Dot Dizayn muzeyinin unikal mühitində, qonaqlar üçün eksponatlara toxunmaq, onları canlı olaraq hiss etmək imkanı yaradılır. Arzu edən hər kəs, bu mükafatı qazanan, dizayner fikrinin canlı təcəssümü olan Renault Zoe elektromobilinə toxuna bilər.

Renault Zoe elektromobili 2012-ci ilin sonundan etibarən Fransada satılır və hazırda Qərbi Avropanın bir çox ölkəsində əldə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti