...

Yerevanda nəqliyyat 50 faiz bahalaşacaq

Cəmiyyət Materials 16 İyul 2013 16:58 (UTC +04:00)
Bu həftənin sonuna kimi Yerevan meriyası nəqliyyat vasitələrində gediş haqqının bahalaşması ilə bağlı qərar qəbul edərək yeni tarifləri elan edəcək.
Yerevanda nəqliyyat 50 faiz bahalaşacaq

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Bu həftənin sonuna kimi Yerevan meriyası nəqliyyat vasitələrində gediş haqqının bahalaşması ilə bağlı qərar qəbul edərək yeni tarifləri elan edəcək. Böyük ehtimalla gediş haqqı 50 faiz bahalaşacaq. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Hazırda avtobus və mikroavtobuslarda qüvvədə olan tarif 100 dramdan 150 drama qədər qalxacaq. Yerevan meriyasının mətbuat xidmətinin rəhbəri Artur Qevorqyan bildirib ki, marşrut xətlərindən istifadə edən sahibkarlar meriyaya gediş haqqının 160-200 dram arasında təyin edilməsi barədə müraciət ediblər.

Lakin şəhər rəhbərliyi 100 faizlik qiymət barədə təklifi rədd edib.

Qevorqyan bildirib: "Güman ki, artım 50 faiz olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti