...

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 31 İyul 2013 10:48 (UTC +04:00)
İyulun 31-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Azərbaycan, Bakı, 31 iyul / Trend/

İyulun 31-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Yeni sayda oxucular Ukraynanın ATƏT-də sədrliyinin sonunadək dondurulmuş münaqişələrin həllində müstəsna fəallıq göstərəcəyi barədə vədi, ADNŞR-nin Rumınyada 50 milyon avroluq investisiya planları, Azərbaycan hava yolları donanmasının "AJW Aviation" şirkəti tərəfindən rebrendinqi, Azərbaycanın muğam ustadı Alim Qasımovun avqustda Tunisdə keçiriləcək 49-cu Beynəlxalq Karfagen festivalında iştirak etməsi və digər maraqlı məqalələrlə tanış ola bilərlər.

Yeni sayda AZERNEWS qəzetinin həftəlik köşə yazarı Skot Fenvik oxucuları fitnes üçün düzgün məqsəd seçilməsi haqqında məlumatlandıracaq.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti