...

Azərbaycanda insanların heyvanlar tərəfindən dişlənməsi halları azalıb

Cəmiyyət Materials 12 Avqust 2013 14:22 (UTC +04:00)
Azərbaycanda insanların heyvanlar tərəfindən dişlənməsi halları azalıb.
Azərbaycanda insanların heyvanlar tərəfindən dişlənməsi halları azalıb

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda insanların heyvanlar tərəfindən dişlənməsi halları azalıb. Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova Trend-ə bildirib ki, bu il yanvar-iyun ayları ərzində Azərbaycanda 8404 nəfəri heyvan dişləyib. Ötən ilin yanvar-iyun ayları ərzində isə respublikada 9188 heyvan dişləməsi baş verib.

R.İsmayılova deyib ki, heyvan dişləmələrinin sayının azalması daha çox insanların bu məsələ ilə bağlı maarifləndirilməsi ilə izah edilə bilər.

Onun sözlərinə görə, bu il Azərbaycanda qeydə alınmış heyvan dişləmələrinin ən çoxu itlər tərəfindən törədilib. Bu il baş vermiş bütün heyvan dişləmələrinin 7320-i itlər tərəfindən edilib. Bu il ərzində 587 pişik, 311 siçovul dişləməsi baş verib. Heyvan dişləmələrinin 186-ı digər heyvanlar (at, eşşək, inək və s.) tərəfindən edilib. Heyvan dişləmələri daha çox ölkənin şimal bölgəsində qeydə alınıb. Dişləmələr ilin daha çox yay aylarında baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti