Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A.Məmmədov/
Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan Ramin Süleymanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ramin Süleymanov Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib.
İrandan Azərbaycana narkotik vasitə gətirən şəxsə 5 il cəza verilib
Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan Ramin Süleymanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
