...

İstirahət günü Bakıda çimərlik hava şəraiti olacaq

Cəmiyyət Materials 24 Avqust 2013 10:41 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, avqustun 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.
İstirahət günü Bakıda çimərlik hava şəraiti olacaq

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda çimərlik hava şəraiti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, avqustun 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Havanın temperaturunun gecə 20-24, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Avqustun 25-də Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti