...

Azərbaycanın tikinti bazarında ucuzlaşma davam edir

Cəmiyyət Materials 28 Avqust 2013 17:21 (UTC +04:00)
Aparılan təhlillərə əsasən, bu ilin mart ayından başlayan qiymət azalması iyulda da davam edib.
Azərbaycanın tikinti bazarında ucuzlaşma davam edir

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/

Aparılan təhlillərə əsasən, bu ilin mart ayından başlayan qiymət azalması iyulda da davam edib.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən Trend-ə bildiriblər ki, bu, təşkilatın monitorinq qrupu tərəfindən 2013-cü ilin iyul ayında Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 37 adda 87 növdə tikinti materialı üzrə apardığı növbəti araşdırılmalardan sonra məlum olub. İstər idxal, istərsə də ixrac məhsullarında çeşid bolluğunun hökm sürməsi, alıcı aktivliyi iyul ayı üçün də xarakterik olub.

Rusiyadan idxal edilən dəmir materiallarının və armaturun qiymətində müşahidə edilən azalma iyulda da davam edib. Belə bir tendensiya yerli istehsala da təsirsiz ötüşməyib. Ötən ay Ukraynadan idxal edilən armaturun 1 tonu 1,2 faiz düşərək 800 manat təşkil edib. Yerli armatur istehsalçılarında isə satış qiyməti 710 manat/ton olub. Qiymət azalması idxal edilən sink təbəqələrdə də qeydə alınıb ki, ümumilikdə orta qiymətdə bu fərq ötən ayla müqayisədə 7,9% azalma təşkil edib.

İyul ayı bəzi tikinti materialları üzrə artımsız keçinməyib. Əhəmiyyətli dərəcədə qiyməti artan materiallar arasında Rusiya idxallı taxtanı (4,4 faiz) və Türkiyə idxallı kafel-metlax (5 faiz) məhsullarını qeyd etmək olar. Digər tikinti materiallarında baş verən dəyişikliklər cüzi artıb-azalma ilə müşahidə edilib.

Beləliklə, ümumilikdə ötən ay daha çox 18 adda 32 növdə tikinti materialı üzrə qiymətlərdə azalma olub. 7 adda 14 növdə məhsul üzrə qiymət artımı müşahidə edilib. Nəticədə araşdırılan materiallar üzrə qiymət dəyişməsi ümumilikdə 0,66 faiz azalma təşkil edib.

İyul ayı (171,4) ilə müqayisədə qiymət indeksi orta qiymətə müvafiq olaraq 1.1 bənd azalaraq 170,3 bənd səviyyəsində qərarlaşıb.

2013-ci ilin iyul ayında bazarda müşahidə edilən orta qiymət may ayı ilə müqayisədə 0,66 faiz azalma təşkil edib. Ötən rübün müvafiq dövrünə nisbətdə bu fərq 3,7 faiz, ötən illə müqayisədə isə 6,6 faiz azalma ilə müşahidə edilib.

Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi ötən ayla müqayisədə, idxal məhsullarını 1,09 faiz üstələyərək 52,2 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti