...

Taksimdə gərginlik yaşanıb

Cəmiyyət Materials 11 Sentyabr 2013 03:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Türkiyə polisi İstanbulun Taksim meydanında Hataydakı nümayişlərdə həlak olan Əhməd Atakanı anma məqsədilə aksiya keçirilməsinə icazə verməyib.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, polis daş və fişənglərlə müqavimət göstərən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Həmçinin, paytaxt Ankarada və Hatayda nümayişlər keçirilib, polislə qarşıdurmalar yaşanıb.

Xəbər lenti

Xəbər lenti