...

Azərbaycanda ali məktəblərin kadr hazırlaya bilib-bilmədiyi araşdırılacaq

Cəmiyyət Materials 11 Sentyabr 2013 20:06 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ali məktəblərin tələbə qəbulu aparılan ixtisaslar üzrə kadr hazırlaya bilib-bilmədiyini araşdıracaq.
Azərbaycanda ali məktəblərin kadr hazırlaya bilib-bilmədiyi araşdırılacaq

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ali məktəblərin tələbə qəbulu aparılan ixtisaslar üzrə kadr hazırlaya bilib-bilmədiyini araşdıracaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ali məktəblərin ixtisasları bir daha nəzərdən keçiriləcək və müvafiq araşdırmalar aparılacaq. Bunun əsasında ali məktəbin öz ixtisasları üzrə kadr hazırlayıb-hazırlamayacağı barədə qərar veriləcək.

Bu zaman ali məktəbin maddi-texniki bazası, onun praktika təşkil etmək və digər imkanları öyrəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti