...

Elmira Süleymanova: Azərbaycanda növbəti Əfv fərmanının verilməsinə ümidliyik

Cəmiyyət Materials 12 Sentyabr 2013 11:11 (UTC +04:00)
Azərbaycanda növbəti Əfv fərmanının verilməsinə ümidliyik. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə ombusman Elmira Süleymanova deyib.
Elmira Süleymanova: Azərbaycanda növbəti Əfv fərmanının verilməsinə ümidliyik

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda növbəti Əfv fərmanının verilməsinə ümidliyik. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə ombusman Elmira Süleymanova deyib.

E.Süleymanovun sözlərinə görə, bu ölkə başçısının səlahiyyətinə aid olan məsələdir və ölkə başçısı mütəmadi olaraq ildə bir neçə dəfə belə qərarlar verir: "Ombusman Aparatı olaraq hər ayın əvvəli əflə bağlı bizə daxil olan müraciətləri Əfv Komissiyasına göndəririk və təkliflərimizə orada baxılır".

E.Süleymanova qeyd edib ki, Ombusman Aparatının qərar vermək səlahiyyəti yoxdur, yalnız Əfv Komissiyasına müvafiq təklifləri ünvanlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti