...

TQDK oktyabrdan dərsliklərin monitorinqi ilə bağlı seminarlar keçirməyə başlayacaq

Cəmiyyət Materials 20 Sentyabr 2013 17:05 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası oktyabrdan dərsliklərin monitorinqi ilə bağlı seminarlar keçirməyə başlayacaq.
TQDK oktyabrdan dərsliklərin monitorinqi ilə bağlı seminarlar keçirməyə başlayacaq

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası oktyabrdan dərsliklərin monitorinqi ilə bağlı seminarlar keçirməyə başlayacaq. Komissiyadan Trend-ə verilən məlumata görə, ibtidai təhsil səviyyəsində (I-IV siniflər) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar oktyabrın 28-dən fəaliyyətə başlayacaq.

Ümumi və tam orta təhsil səviyyələrinin VI, X və XI siniflərində istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar isə 2014-cü ilin yanvar ayından fəaliyyət göstərəcək.

TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirakı ilə nəzərdə tutulan elmi-metodiki seminarlar internet vasitəsilə on-line rejimində yuxarıda qeyd edilən vaxtda fəaliyyətə başlayacaq.

Qeyd edək ki, "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"yə 2012-ci il aprelin 19-da edilən dəyişikliklər əsasında ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi TQDK-ya həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti