...

Elman Babayev: Dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi şərh edilməməlidir

Cəmiyyət Materials 10 Oktyabr 2013 11:08 (UTC +04:00)
Dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi şərh edilməməlidir
Elman Babayev: Dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi şərh edilməməlidir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir M.Əliyev/

Dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi şərh edilməməlidir. Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev dövlət büdcəsinin transfertləri ilə bağlı bəzi ekspertlərin fikrinə münasibət bildirərkən mətbuata açıqlamasında deyib.

E.Babayev bildirib ki, hazırda pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər təşkil edir: "Eyni zamanda dövlətin müəyyən etdiyi qərarlar əsasında bəzi kateqoriya şəxslərin pensiyasına əhəmiyyətli məbləğdə əlavələr edilir ki, bütün bunların sistemə ödənilən sosial sığorta haqları ilə əlaqəsi yoxdur. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan bu dövlət öhdəliklərinin maliyyə yükü 1,2 milyard manatdan çoxdur. Dövlət büdcəsindən ayrılan transfert isə bundan aşağıdır. Deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq daxil olan sosial sığorta haqları da yönəldilir ki, bu da ölkəmizin sığorta-pensiya siseminin maliyyə dayanıqlığının əlamətidir".

Onun sözlərinə görə, bu baxımdan dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi şərh edilməməlidir: "Lakin təssüf ki, biz bunu bəzən bir sıra ekspertlərin fikirlərində müşahidə edirik. Halbuki bu sualı cavablandırmaq üçün sığorta-pensiya mövzusunda bir qədər məlumatlı olmaq kifayətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti