...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yardımlıda yeraltı su mənbələri axtaracaq

Cəmiyyət Materials 10 Oktyabr 2013 14:01 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn il Yardımlı rayonunda yaşayış məntəqələrinin içməli, təsərrüfat və məişət məqsədli suya artan tələbatını ödəmək üçün etibarlı yeraltı su mənbələrinin axtarışı istiqamətində geoloji-kəşfiyyat işləri aparacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yardımlıda yeraltı su mənbələri axtaracaq

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn il Yardımlı rayonunda yaşayış məntəqələrinin içməli, təsərrüfat və məişət məqsədli suya artan tələbatını ödəmək üçün etibarlı yeraltı su mənbələrinin axtarışı istiqamətində geoloji-kəşfiyyat işləri aparacaq.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlər Proqramı"nın icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tədbirlər Planı"nın (2011-2015-ci illər) aidiyyəti bəndinə və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidməti respublikanın dağlıq bölgələrində yaşayış məntəqələrinin içməli, təsərrüfat və məişət məqsədli suya artan tələbatını ödəmək üçün etibarlı yeraltı su mənbələrinin axtarışı istiqamətində geoloji-kəşfiyyat işlərini davam etdirir.

Belə ki, 2010-2013-cü illər ərzində Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası tərəfindən Lerik rayonu ərazisində çat məsamə tipli şirin və az minerallaşmaya malik yeraltı su mənbələrinin axtarışı və ehtiyatlarının ilkin qiymətləndirilməsi məqsədilə kompleks tədqiqatlar həyata keçirilib. Rayonun Anzolu, Monodigah, Qələbin, Siyov, Soru, Əliabad, Gürdəsər və Lerik yaşayış məntəqələrində dərinlikləri 150-160 metr olan 8 axtarış-kəşfiyyat quyusu qazılıb.

Qazılmış bu axtarış-kəşfiyyat quyularından müsbət nəticələr alınmış, geofiziki və hidrogeoloji tədqiqatlar aparıldıqdan sonra su nümunələri Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Sahələrarası Kompleks Tədqiqatlar Mərkəzinin laboratoriyasında tam kimyəvi analiz olunmuş və suların keyfiyyətinin beynəlxalq standartların (içməli su) tələblərinə cavab verdiyi müəyyənləşdirilib. Bu yaşayış məntəqələrində qazılaraq istismara hazırlanmış su quyuları təmənnasız olaraq yerli əhalinin istifadəsi üçün təhvil verilib. Hazırda həmin kəndlərin əhalisi etibarlı keyfiyyətə malik ekoloji cəhətdən saf yeraltı su mənbələrindən istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti