...

“Akkord” Korporasiyasının Baş Direktoru İngiltərədə təhsil alması ilə əlaqədar olaraq vəzifəsindən istefa etdi

Cəmiyyət Materials 29 Oktyabr 2013 09:57 (UTC +04:00)
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Quluzadə Xaqani Zahid oğlu 2013-cü ilin avqust ayında Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə (London School of Economics and Political Science, LSE) daxil olub.
“Akkord” Korporasiyasının Baş Direktoru İngiltərədə təhsil alması ilə əlaqədar olaraq vəzifəsindən istefa etdi

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir A.Axundov/

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Quluzadə Xaqani Zahid oğlu 2013-cü ilin avqust ayında Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə (London School of Economics and Political Science, LSE) daxil olub.

Cəmiyyətdən Trend-ə daxil olan məlumata görə, X.Quluzadə "Executive Global Masters in Management" proqramı üzrə təhsilini davam etdirməsi ilə əlaqədar tutduğu vəzifədən istefa edib.

Hazırda Baş direktorun səlahiyyətlərini Göksel Aybek icra edir. 1959-cu il təvəllüdlü Göksel Aybek Türkiyənin Erciyez Universitetinin Mühəndislik Fakültəsini "makina mühəndisliyi" ixtisası üzrə bitirib.

Goksel Aybek 2012-ci ildə "Akkord" Korporasiyasında əmək fəaliyyətinə başlayana qədər 36 il ərzində Türkiyənin bir sira iri şirkətlərində - Guris Holding, Nuh sement Qrupu, ACT, AS Sement Qrupu, OEMAG-da direktor, İdarə Heyətinin üzvü kimi vəzifələrdə çalışmışdır.

Qeyd edək ki, bu məsələ ilə əlaqədar bəzi mətbu orqanlarında Korporasiyanın baş direktoru Xaqani Quluzadənin işdən çıxarıldığı, Korporasiyanın səhmdarı İlqar Hacıyevin "Akkord" rəhbərliyinə geri döndüyü barədə xəbərlər yayılıb. Əslində, İlqar Hacıyev "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin səhmdarlarındandır və 2010-cu ildən "Akkord"un ölkə xaricində icra etdiyi layihələrə nəzarət edir. O, Korporasiyanın səhmdarlarının ümumi yığıncağlarında hər zaman iştirak edib və Baş direktor Xaqani Quluzadənin vəzifələrinin Göksəl Aybekə ötürülməsi ilə bağlı iclasda iştirakı da adi hüquqi prosedurdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti