...

Nobel mükafatçıları BDU-da mühazirə oxuyublar (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2013 14:17 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Laflin Robert Betts və kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Arturu qəbul edib.
Nobel mükafatçıları BDU-da mühazirə oxuyublar (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Laflin Robert Betts və kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Arturu qəbul edib.

Universitetdən Trend-ə verilən məlumata görə, daha sonra Nobel mükafatı laureatları fizika və kimya fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub, verilən suallara ətraflı cavab veriblər. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan məşhur alimlər orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət veriblər. Alimlər tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti