...

İSESCO-nun baş direktoru: Azərbaycanda uşaqlar, demək olar ki, əziyyət çəkmirlər

Cəmiyyət Materials 11 Noyabr 2013 12:34 (UTC +04:00)

Azəbaycan, Bakı, 11 noyabr /Trend, müxbirlər S.Əhmədova, İ.İsabalayeva/

"Azərbaycan dövlətinin üzləşdiyi əsas problem Dağlıq Qarabağla bağlıdır". Bunu İSESCO-nun baş direktoru Osman Əl-Tuveycri jurnalistlərə açıqlamasında bildirib.

Əl-Tuveycri qeyd edib ki, Azərbaycanda uşaqlar, demək olar ki, əziyyət çəkmirlər. Çünki, Azərbaycan dövləti onların təhsili baxımından şərait yaradıb. Əsas problem işğal olunmuş Qarabağ ərazisi ilə bağlıdır. Azərbaycan dövlətinin çəkdiyi əziyyət, qarşılaşdığı problem Qarabağla bağlıdır".

Baş direktor bildirib ki, bu gün konfransın keçirilməsi Azərbaycan hökumətinin İSESCO-ya olan dəstəyidir.

Onun sözlərinə görə, dünyada uşaq problemlərinin baxılmasına və müzakirə edilməsinə ehtiyac var. Bir çox ölkələr iqtisadi problemlərlərdən əziyyət çəkirlər. Bir çox dövlətlərdə uşaqlara qayğı istiqamətində işlər həyata keçirilməlidir.

Əl-Tuveycri əlavə edib ki, müharibələrlə və aclıqla üzləşən ölkələrdə uşaqlar üçün təhsil imkanları yoxdur. İSESCO-nun da əsas məqsədi gələcəkdə uşaqların rifahını təmin etmək, onların təhsil imkanlarını artırmaq üçün səy göstərməkdir: "Uşaqların əziyyət çəkdiyi ölkələri biz öz hesabatlarımızda qeyd etmişik. Pakistan, Banqladeş, Misir, Nigeriya kimi ölkələrdə uşaqlar əziyyət çəkirlər. Buna da səbəb həmin ölkələrdə əhalinin çox olmasıdır. Bu konfransın keçirilməsi müxtəlif ölkələrin nazirlərinin və nümayəndələrinin, nümayəndə heyətlərinin rəhbərlərinin birgə şəkildə bu məsələləri tədqiq etməsi üçün imkan yaradır. İSESCO əsasən bu məsələlərlə bağlı xüsusi proqram ayırıb və islam dövlətləri arasında bu məsələləri birgə həll etmək üçün müxtəlif proqramlar hazırlayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti