...

Azərbaycanlı gənclər Ukraynada uşaq evini ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2013 12:36 (UTC +04:00)
Azərbaycanlı gənclər Ukraynada uşaq evini ziyarət ediblər. Tədbir Ukrayna Azərbaycanlı Gənclər Birliynin (UAGB) Dnepropetrovsk Vilayət Təşkilatının təşəbbüsü ilə baş tutub.
Azərbaycanlı gənclər Ukraynada uşaq evini ziyarət ediblər (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycanlı gənclər Ukraynada uşaq evini ziyarət ediblər. Tədbir Ukrayna Azərbaycanlı Gənclər Birliynin (UAGB) Dnepropetrovsk Vilayət Təşkilatının təşəbbüsü ilə baş tutub.

UAGB-dən Trend-ə verilən məlumata görə, görüşdə ukraynalı gənclər də iştirak ediblər. Gənclər Dnepropetrovsk şəhərində fəaliyyət göstərən 1 saylı Uşaq Evinin uşaqlarını hədiyyələrlə təbrik ediblər.

Tədbirdə çıxış edən UAGB -nin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirova bu cür aksiyaların təmsil etdiyi təşkilat tərəfindən mutamadi olaraq keçirildiyini vurğulayıb: "Siz bizim gələcəyimizsiniz və sizin üzünüzün gülüşü bizim sevincimizdir. Artıq 3 ildən çoxdur ki, biz sizinləyik. Hər zaman sizi sevindirmək bizim borcumuzdur. Siz tək deyilsiniz, sizinlə biz varıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti