...

UAGB "Azərbaycanın dünəni, bu günü və sabahı – Gənclərin baxışı" mövzusunda tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2013 12:39 (UTC +04:00)
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) gənclər mərkəzində "Azərbaycanın dünəni, bu günü və sabahı – Gənclərin baxışı" mövzusunda tədbir keçirilib.
UAGB "Azərbaycanın dünəni, bu günü və sabahı – Gənclərin baxışı" mövzusunda tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) gənclər mərkəzində "Azərbaycanın dünəni, bu günü və sabahı - Gənclərin baxışı" mövzusunda tədbir keçirilib.

UAGB-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ukraynanın bir sıra universitetlərində təhsil alan azərbaycanlı və ukraynalı gənclərin qatıldığı tədbir öz işinə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən hazırlanmış, Azərbaycanın son illərdə əldə etdiyi uğurları və iqtisadi inkşafı özündə əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

"Bu gün dünyanın harasında yaşamasından və təhsil almasından asılı olmayaraq, hər bir azərbaycanlı gənc xalqımızın qədim tarixini dərindən mənimsəməklə ölkəmizin xoş və parlaq gələcəyinin təmin olunmasına öz töhfəsini verməlidir". Tədbirdə cıxışına bu fikirlə giriş verən UAGB-nin icraçı katibi Elməddin Zərbəlizadə son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf edərək dünyanın aparıcı ölkələri arasında əldə etdiyi tarixi nailiyyətlərdən danışıb. Beynəlxalq arenada müstəqil Azərbaycan dövlətinin imicinin qorunub saxlanılmasında gənclərin üzərinə düşən tarixi missiyadan söz açan E.Zərbəlizadə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, milli-mənəvi dəyərlərimizin təbliğ olunmasında qarşıda duran mühüm vəzifələrdən bəhs edib.

Tədbirdə çıxış edən UAGB Hüquq departamentinin sədr müavini Xəzri Elxanoğlu, UAGB-nin fəalları Sevinc Yaqubova, Ümid Həsənov, Aysel Nağıyeva, Səfəralı Babayev, Əzizə Tərlanova, Emin Mustafazadə, Tural Gözəlov, Kəmalə Əlizadə və digərləri Azərbaycanla Ukrayna arasındakı iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün gələcəkdə həyata keçiriləcək tədbirlər haqqında geniş fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti