...

Cavanşir Axundov İran telekanallarının Azərbaycan kinolarına laqeydliyindən narahatdır

Cəmiyyət Materials 21 Dekabr 2013 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir Ü.Niayeş/

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran telekanallarının Azərbaycan kinoları və seriallarına laqeyd yanaşmasından narahatdır.

Trend-in məlumatına görə, C.Axundov İranın "Mehr" xəbər agentliyinə müsahibəsində deyib ki, Azərbaycan telekanalları İran seriallarını nümayiş etdirdiyi halda, İran telekanalları Azərbaycan kinoları və seriallarına laqeyd yanaşır: "Bizim ortaq mədəniyyətimiz var və bunu inkişaf etdirmək lazımdır".

Həmçinin iki ölkənin qarşılıqlı mədəniyyət həftəsinin keçirilməsi məsələsinə toxunan səfir deyib ki, gələn ilin may ayının ortalarında İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti