...

Ukraynada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2013 12:45 (UTC +04:00)
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinnitsa vilayət təşkilatının təşəbbüsü ilə Vinnitsa şəhərindəki Fəridə Plaza İstirahət və Əyləncə mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçirilib.
Ukraynada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinnitsa vilayət təşkilatının təşəbbüsü ilə Vinnitsa şəhərindəki Fəridə Plaza İstirahət və Əyləncə mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçirilib.

Birliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Vinnitsa vilayət dövlət admnistrasiyası rəsmilərinin, meriya və yerli deputatlar şurası təmsilçilərinin, diaspora və KİV nümayəndələrinin qatıldığı bayram şənliyində Ukrayna Azrbaycanlı Gənclər Birliyinin Vinnitsa vilaytət təşkilatının sədri Emin Adıgözəlov çıxış edərək, 22 il bundan öncə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışıb.

Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, o cümlədən Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklərdən danışıb: "2013-cü il dövlətimiz və xalqımız üçün ən yadda qalan illərdən biri oldu. Bu il Azərbaycan öz sosial iqtisadi inkişaf tarixinə qlobal layihələrin həyata keçirilməsi ilə imza atdı. Bu il yekdilliklə Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi 50 milyonluq Azərbaycan xalqının ən böyük uğurlarından biridir".

Qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqımıza xoş və səmimi arzularını çatdıran Vinnitsa Dövlət Tibb Universitetinin prorektoru Sergey Zaiko, Vinniça Vilayət Şurası Aparatının rəhbəri Svetlana Pustovit 2 il bundan öncə Vinnitsa vilayətində yaranmış Ukrayna Azərbaycanlı Gənclər Birliyinin regional təşkilatının, Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və adət-ənənələrini özündə əks etdirən çoxsaylı tədbirlər həyata keçirmələrindən məmnunluqla söz açıblar.

Bayram şənliyində çıxış edən Fəridə Plaza Ticarət və Əyləncə mərkəzinin sahibi Eldar Nəzərov, SOCAR Ukrayna şirkətinin nümayəndəsi Həzi Aslanov və digər şəxslər təməli 1991-ci ildə qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün müasir Azərbaycan tarixinin ən şanlı səhifəsinə çevrildiyini vurğulayıblar.

Dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan azərbaycanlı gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan natiqlər , Vinnitsa vilayətində tarixi vətənimiz naminə səmərəli tədbirlər həyata keçirən azərbaycanlı gəncləri həmrəylik günü və yeni il münasibəti ilə təbrik ediblər.

Təbdirdə UAGB-nin Vinnitsa Vilayət təşkilatının özfəaliyyət ansanblının ifasında geniş konsert və maraqlı ədbi bədii kompozisiya nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti