...

Qarabağ əlili Zaur Həsənovun özünü yandırması faktı üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib

Cəmiyyət Materials 27 Dekabr 2013 18:28 (UTC +04:00)
Dekabrın 25-də Bakı şəhər sakini Həsənov Zaur Həsən oğlunun müvafiq məhkəmə qərarına etiraz əlaməti olaraq özünü yandırması faktı üzrə Səbail rayon prokurorluğunda zəruri prosessual hərəkətlər yerinə yetirilməklə məhkəmə-tibbi ekspertizası təyin edilib.
Qarabağ əlili Zaur Həsənovun özünü yandırması faktı üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Dekabrın 25-də Bakı şəhər sakini Həsənov Zaur Həsən oğlunun müvafiq məhkəmə qərarına etiraz əlaməti olaraq özünü yandırması faktı üzrə Səbail rayon prokurorluğunda zəruri prosessual hərəkətlər yerinə yetirilməklə məhkəmə-tibbi ekspertizası təyin edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib:

"Hazırda araşdırmalar davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti