...

Bayram günlərində Bakıda 4 mindən çox insan təcili tibbi yardım stansiyalarına müraciət edib

Cəmiyyət Materials 2 Yanvar 2014 11:49 (UTC +04:00)
Bayram günləri təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına müraciətlərin sayı xeyli artıb. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) məlumat verilib.
Bayram günlərində Bakıda 4 mindən çox insan təcili tibbi yardım stansiyalarına müraciət edib

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bayram günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına müraciətlərin sayı xeyli artıb. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) məlumat verilib.

Məlumata görə, müraciətlərin sayı 40-50 faiz artıb. Hər gün üçün müraciətlərin sayı 1500-1600 olduğu halda, bayram günləri müraciətlərin sayı 2500-ə qədər artıb.

Dekabrın 31-də 2 min 497 çağırış, yanvarın 1-də isə 2 min 370 çağırış olub.

Çağırışların sayı əsasən böyüklərdə təzyiqlə bağlı çoxalıb, eyni zamanda uşaqlarla bağlı da çağırışların sayı artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti