...

Bakının mərkəzi prospektində nəqliyyatın hərəkəti bərpa edilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 12 Fevral 2014 17:52 (UTC +04:00)
Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, Nobel prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində aparılan təmir işləri başa çatdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Bakının mərkəzi prospektində nəqliyyatın hərəkəti bərpa edilib (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 15:40-da yayılıb

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İzzət/

Bakının mərkəzi prospektində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, Nobel prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində aparılan təmir işləri başa çatdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bir qədər əvvəl məlumat verilmişdi ki, təmir işləri ilə əlaqədar Nobel prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

"Azəryolservis" ASC-dən bildirmişdilər ki, təmir işləri yaxın saatlarda yekunlaşacaq.

Sürücülərə alternativ olaraq Babək və Gəncə prospektlərindən istifadə etmələri tövsiyə olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti